​Terrorçu İŞİD-in "hərbi naziri" zərərsizləşdirilib

​Terrorçu İŞİD-in "hərbi naziri" zərərsizləşdirilib ABŞ rəsmiləri onun martın 4-də Suriyada İŞİD mövqelərinin bombalanması nəticəsində öldüyünü bildirib
Digər ölkələr
14 İyul , 2016 04:17
​Terrorçu İŞİD-in hərbi naziri zərərsizləşdirilib

Bakı. 14 iyul. REPORT/ Terrorçu İŞİD qruplaşmasının liderlərindən biri Ömər Şişani Mosul yaxınlığında gedən döyüş zamanı zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnfromasiyaya əsasən, onun öldüyünü terrorçu qruplaşmaya yaxın sayılan "amakhaber" agentliyi də məlumat yayıb. Şişaninin ölümü ilə bağlı ətraflı xəbər verilməyib.

Qeyd edək ki, ABŞ rəsmiləri onun martın 4-də Suriyada İŞİD mövqelərinin bombalanması nəticəsində öldüyünü bildirib.

Məlumata görə, Ömər Şişani İŞİD-in "hərbi işlər üzrə naziri" sayılırmış.

Xatırladaq ki, Ömər Şişaninin əsl adı Tərxan Batiraşvilidir. O, 1986-cı ilin yanvarında Gürcüstanın şimalında Birkiani kəndində anadan olub.

Son xəbərlər

Orphus sistemi