​Terrora qarşı yeni koalisiya Səudiyyə Ərəbistanında ilk toplantısını keçirəcək

​Terrora qarşı yeni koalisiya Səudiyyə Ərəbistanında ilk toplantısını keçirəcək Toplantının gündəliyi və digər məsələlər haqda əlavə məlumatlar yayılmayıb
Digər ölkələr
11 Fevral , 2016 09:46
​Terrora qarşı yeni koalisiya Səudiyyə Ərəbistanında ilk toplantısını keçirəcək

Bakı. 11 fevral. REPORT.AZ/ Əhalisinin çoxu müsəlman olan dövlətlərin təsis etdiyi terrora qarşı mübarizə koalisiyanın ilk toplantısı bu ilin martında Səudiyyə Ərəbistanında keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının "əl-İhbariyyə" televiziyası məlumat yayıb.

Toplantının gündəliyi və digər məsələlər haqda əlavə məlumat verilməyib. 

Xatırladaq ki, terrorçuluğa qarşı hərbi koalisiyası 2015-ci ilin dekabrın 15-də Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılıb. Yeni koalisiyanın baş qərargahı Ər-Riyad şəhərində yerləşəcək. Birlik öz fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla sıx əlaqədə quracaq. Koalisiyaya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, BəhreynQətər, Küveyt, Yəmən, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Fil Dişi Sahili, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya, İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları, Malayziya daxildir. 

İran, Suriya, İraq və Oman yeni birliyə qoşulmayıb. 

Son xəbərlər

Orphus sistemi