​İndoneziyada təbii fəlakət qurbanlarının sayı 50 nəfəri ötüb

​İndoneziyada təbii fəlakət qurbanlarının sayı 50 nəfəri ötüb Təbii fəlakət zamanı 50 nəfərin itkin düşdüyü bildirilir
Digər ölkələr
16 Dekabr , 2014 01:37
​İndoneziyada təbii fəlakət qurbanlarının sayı 50 nəfəri ötüb
Bakı. 16 dekabr. REPORT.AZ/ Ötən cümə İndoneziyanın Yava adasında baş verən sürüşmə nəticəsində ən azı 51 nəfər dünyasını dəyişib.

"Report" BBC-yə istinadən xəbər verir ki, təbii fəlakət zamanı 50 nəfərin itkin düşdüyü bildirilir.

Faciə baş verən ərazidə yüzlərlə xilasedici çalışır.

Bazar ertəsi yeni sürüşmə risklərini artıran yağışın yağması nəticəsində axtarış-xilasetmə işləri dayandırılıb. Prosesin çərşənbə axşamı bərpa olunacağı gözlənilir.

Yerli hökumət sağ qalanların tapılma ehtimalını aşağı qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi