Tayvanda zəlzələ qurbanlarının sayı 82 nəfərə çatıb

Tayvanda zəlzələ qurbanlarının sayı 82 nəfərə çatıb 42 şəxsin axtarışları davam etdirilir
Digər ölkələr
12 Fevral , 2016 06:37
Tayvanda zəlzələ qurbanlarının sayı 82 nəfərə çatıb

Bakı. 12 fevral. REPORT.AZ/ Tayvanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.

Bunadək 67 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara görə, 42 şəxsin axtarışları davam etdirilir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ (ilkin qiymətləndirməyə görə 6,7 bal) ötən cümə Tayvan adasının cənub hissəsində baş verib. 

Son xəbərlər

Orphus sistemi