Tayvanda zəlzələ qurbanlarının sayı 11 nəfərə çatıb, 475 nəfər xəsarət alıb - FOTO

Tayvanda zəlzələ qurbanlarının sayı 11 nəfərə çatıb, 475 nəfər xəsarət alıb - FOTO Dağıntılar altından 220 nəfər xilas edilib
Digər ölkələr
6 Fevral , 2016 16:02
Tayvanda zəlzələ qurbanlarının sayı 11 nəfərə çatıb, 475 nəfər xəsarət alıb - FOTO

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvanda zəlzələ qurbanlarının sayı 11 nəfərə çatıb, 475 nəfər xəsarət alıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, dağıntılar altından 220 nəfər xilas edilib. 

Hazırda 20 nəfər itkin düşmüş sayılır. 

*** 12:33

Tayvanda zəlzələ qurbanlarının sayı 7 nəfərə çatıb, 422 nəfər xəsarət alıb.  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, dağıntılar altından xilas edilənlər arasında uşaqlar üstünlük təşkil edib. 

Hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması işlərini davam etdirirlər.

Qeyd edək ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ (ilkin qiymətləndirməyə görə 6,7 bal) cümə günü Tayvan adasının cənub hissəsində baş verib. Yeraltı təkanlar Yuytszin şəhərindən 25 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km. dərinliyində yerləşib.

Son xəbərlər

Orphus sistemi