​Tayvanda yanğın nəticəsində 463 nəfər xəsarət alıb

​Tayvanda yanğın nəticəsində 463 nəfər xəsarət alıb Hadisə Sinbey şəhərində əyləncə mərkəzində baş verib
Digər ölkələr
28 İyun , 2015 09:43
​Tayvanda yanğın nəticəsində 463 nəfər xəsarət alıb

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Tayvanda baş verən yanğın nəticəsində 463 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib .

"Report" xəbər verir ki, bu haqda "China Daily" qəzeti məlumat yayıb .

Xəsarət alanların 456-sı Tayvan sakini, 3-ü Çin, 3-ü isə digər ölkələrin ölkə vətəndaşlarıdır. Ölənlərdən birinin şəxsiyyəti müəyyənləşdirilməyib.

Hadisə Sinbey şəhərində əyləncə mərkəzində baş verib. Orada "Color Play Asia" ("Asiya rənglərinin oyunu") adlı boya bayramı keçirilirmiş. Bu mərasimdə iştirakçılar bir-brinə müxtəlif rənglərin tozunu tullayır. Şahidlərin sözlərinə görə, əvvəlcə böyük həcmdə rəng tozunun parkın səmasına atılması nəticəsində yanğın olub, ardınca partlayış baş verib.  

Son xəbərlər

Orphus sistemi