Tayvanda zəlzələ qurbanlarının sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Tayvanda zəlzələ qurbanlarının sayı 29 nəfərə çatıb - YENİLƏNİB Bunadək 20 nəfərin öldüyü xəbər verilmişdi
Digər ölkələr
7 Fevral , 2016 17:57
Tayvanda zəlzələ qurbanlarının sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 7 fevral. REPORT.AZ/ Tayvan adasında güclü zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

***11:12

Tayvanda baş verən zəlzələ qurbanlarının sayı, son məlumatlara görə, 20 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuata istinadən "Sina" portalı yazıb.

Bunadək 18 nəfərin öldüyü, 152 nəfərlə isə əlaqənin kəsildiyi məlumat verilmişdi.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ (ilkin qiymətləndirməyə görə 6,7 bal) cümə günü Tayvan adasının cənub hissəsində baş verib. Yeraltı təkanlar Yuytszin şəhərindən 25 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km. dərinliyində yerləşib.

Son xəbərlər

Orphus sistemi