Tayvanda qəzaya uğrayan təyyarənin hər iki mühərrikinin sıradan çıxdığı məlum olub

Tayvanda qəzaya uğrayan təyyarənin hər iki mühərrikinin sıradan çıxdığı məlum olub Son məlumatlara əsasən, qəzada 35 nəfər həlak olub
Digər ölkələr
6 Fevral , 2015 17:46
Tayvanda qəzaya uğrayan təyyarənin hər iki mühərrikinin sıradan çıxdığı məlum olub

Bakı. 6 fevral. REPORT.AZ/ Taybeydə qəzaya uğrayan Tayvanın "TransAsia Airways" aviaşirkətinə məxsus təyyarənin hər iki mühərrikinin sıradan çıxdığı məlum olub. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Tayvanın Aviatəhlükəsizlik üzrə istintaq komissiyasının rəhbəri Van Sinçjun bildirib. 

"Əldə olunan məlumata əsasən, biz təsdiq edə bilərik ki, müəyyən vaxt ərzində hər iki mühərrikdə hərəkət qüvvəsi olmayıb", - o qeyd edib. 

İkimotorlu "ATR-72-600" təyyarəsi Taybeydən Tayvan körfəzində yerləşən Tszinmen arxipelaqına daxili reys həyata keçirirdi. Sunşan aeroportunda havaya qalxdığı an layner idarəetməni itirib. Sol qanadı kəskin şəkildə aşağı doğru əyilən təyyarə estakadaya dəyib və çaya düşüb.    

Son məlumatlara əsasən, qəzada 35 nəfər həlak olub, 8 nəfər itkin düşüb. Təyyarədə 53 sərnişin və 5 ekipaj üzvü olub. 

Son xəbərlər

Orphus sistemi