​Tayvanda güclü zəlzələ nəticəsində 4 nəfər ölüb

​Tayvanda güclü zəlzələ nəticəsində 4 nəfər ölüb Xilasedicilər dağılmış 17 mərtəbəli binadan 120 adamı xilas edə biliblər
Digər ölkələr
6 Fevral , 2016 05:22
​Tayvanda güclü zəlzələ nəticəsində 4 nəfər ölüb

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvanın Taynan şəhərində baş vermiş güclü zəlzələ nəticəsində 4 nəfər ölüb, 25 nəfərdən çox yerli sakin xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Honkonqun "Feniks" telekanalı məlumat yayıb.

"Tayvan hökumətinin verdiyi məlumata əsasən, Taynan şəhərində daha çox dağıntıya məruz qalmış 17 mərtəbəli binada təqribən 250 nəfər ola bilər. Xilasedicilər artıq 120 nəfəri xalas ediblər. 29 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri uşaq olmaqla üçündə həyat əlaməti olmayıb. Hazırda 4 nəfərin öldüyünü təsdiq etmək olar", — deyə telekanal məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi