Tayvanda 6 bal gücündə zəlzələ baş verib

Tayvanda 6 bal gücündə zəlzələ baş verib Dağıntı və tələfat barəsində məlumat verilmir
Digər ölkələr
6 Oktyabr , 2016 21:08
Tayvanda 6 bal gücündə zəlzələ baş verib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Tayvan sahillərində 6 bal gücündə zəlzələ baş verib.

"Report" "RİA Novotsi"yə istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteoroloji Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:51-də qeydə alınıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barəsində məlumat verilmir. 

Sunami təhlükəsi elan olunmayıb. 

Son xəbərlər

Orphus sistemi