​Tayvanda 6,7 bal gücündə zəlzələ dağıntılara səbəb olub - FOTO - VİDEO

​Tayvanda 6,7 bal gücündə zəlzələ dağıntılara səbəb olub - FOTO - VİDEO Fövqəladə hallar orqanları zəlzələ nəticəsində dağılan 17 mərtəbəli binadan 123 nəfəri xilas ediblər
Digər ölkələr
6 Fevral , 2016 01:53
​Tayvanda 6,7 bal gücündə zəlzələ dağıntılara səbəb olub - FOTO - VİDEO

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvan adası ərazisində 6,7 bal gücündə zəlzələ baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri ölkənin cənub-qərbində yerləşən Qaosyun şəhəri yaxınlığında olub.

Zəlzələ adanın cənub hissəsində yerləşən Taynan şəhərində bir neçə evin dağılmasına gətirib çıxarıb.

Dağılan binalar arasında yaşayış kompleksi də var. Fövqəladə hallar orqanları zəlzələ nəticəsində dağılan 17 mərtəbəli binadan 123 nəfəri xilas ediblər.

Son xəbərlər

Orphus sistemi