Bakı. 18 aprel. REPORT.AZ/ Tanzaniyanın şimal-qərbində qanunsuz olaraq qızıl çıxartmaqla məşğul olan 19 nəfər həlak olub.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, insident ötən gün ölkənin Şinyanq vilayətinin Kahama rayonunda yerləşən mədəndə tunelin dağılması və mədəndə işləyən fəhlələrin torpaq altında qalması nəticəsində baş verib.
Tunelin hansı səbəblərdən dağıldığı məlum deyil.
Polisin məlumatına görə, ölənlərin cəsədləri artıq tuneldən çıxarılıb, lakin axtarış işləri davam etdirilir.