Taliban yaraqlıları Əfqanıstanın şimalındakı mahalı ələ keçirib

Taliban yaraqlıları Əfqanıstanın şimalındakı mahalı ələ keçirib Hökumət qüvvələri mahal üzərində nəzarəti bazar ertəsi səhər saatlarında itirib
Digər ölkələr
22 Avqust , 2016 10:21
Taliban yaraqlıları Əfqanıstanın şimalındakı mahalı ələ keçirib

Bakı. 22 avqust. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində, Tacikistanla sərhəddə yerləşən Təxar vilayətinin Xvaca Qhar mahalı "Taliban" qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, vilayət başçısının mətbuat katibi Sunatulla Temuri hökumət qüvvələrinin mahal üzərində nəzarəti bazar ertəsi səhər saatlarında itirdiyini açıqlayıb.

Qeyd edək ki, Xvaca Qhar mahalı Kunduz vilayəti ilə sərhəddə, Xanabad mahalından təxminən 60 km uzaqlıqda yerləşir. Bu mahalın inzibati mərkəzi şənbə günü talibançılar tərəfindən tutulub. Lakin növbəti gün gecə saatlarında hökumət qüvvələri şəhəri azad etdiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi