​"Taliban" Tacikistanın 4 sərhədçisini oğurlayıb

​"Taliban" Tacikistanın 4 sərhədçisini oğurlayıb Ölkənin təhlükəsizlik qurumu məsələni şərh etməkdən imtina edib
Digər ölkələr
22 Dekabr , 2014 13:31
​Taliban Tacikistanın 4 sərhədçisini oğurlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ "Taliban" yaraqlıları Tacikistan-Əfqanıstan sərhədində, Qunduz əyalətində Tacikistan Sərhəd Xidmətinin 4 hərbçisini oğurlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) sərhədçilərin azad edilməsi ilə bağlı əməliyyatlar keçirir.

Hərbçilər Əfqanıstanın İmam-Sahib qəsəbəsində ağac doğrayarkən oğurlanıb.

Əfqanıstan polisi bildirib ki, "Taliban" hərəkatı hərbçiləri Tacikistan həbsxanalarındakı öz tərəfdarları ilə dəyişmək istəyir.

DTK sərhədçilərinin Əfqanıstan ərazisinə keçməsini şərh etməkdən imtina edib. 

Son xəbərlər

Orphus sistemi