"Taliban": "Pakistandakı helikopteri biz raketlə vurmuşuq"

"Taliban": "Pakistandakı helikopteri biz raketlə vurmuşuq" "Həmin helikopter Pakistanın baş naziri Nəvaz Şərifə məxsus olduğundan məqsəd onu öldürmək olub"
Digər ölkələr
8 May , 2015 17:42
Taliban: Pakistandakı helikopteri biz raketlə vurmuşuq

Bakı. 8 may. REPORT.AZ/ Pakistanda "Mi-17" helikopterinin qəzaya uğramasının məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu hərəkatın təmsilçisi Məhəmməd Xorasani bildirib.

"Vertolyot raketlə vurulub, pilotlar və xarici ölkələrin səfirləri ölüb", - o vurğulayıb.

O bildirib ki, həmin helikopter Pakistanın baş naziri Nəvaz Şərifə məxsus olduğundan məqsəd onu öldürmək olub.

Xatırladaq ki, Pakistanda "Mi-17" helikopterinin qəzaya uğraması nəticəsində Norveç və Filippinin bu ölkədəki səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları, həmçinin iki pilot həlak olub. Polşa və Niderlandın Pakistandakı səfirləri yaralanıblar.

37 ölkənin təmsilçisi Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinə üç helikopterdə uçurmuş. Onlardan biri - göyərtəsində 11 sərnişin olan helikopter qəzaya uğrayıb. 

Son xəbərlər

Orphus sistemi