​"Taliban" Kabildəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

​"Taliban" Kabildəki terror aktına görə məsuliyyəti üzərinə götürüb Terror aktı nəticəsində 7 nəfər ölüb və 25 nəfər xəsarət alıb
Digər ölkələr
21 Yanvar , 2016 03:07
​Taliban Kabildəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə TOLO TV telekanalı əməkdaşları və jurnalistlərinin içərisində olduğu avtobusun partladılmasına görə məsuliyyəti "Taliban" terror hərəkatı üzərinə götürüb.

"Report" xəbər verir ki, taliblərin nümayəndəsi Zabiulla Mucahid jurnalistləri Qərbin kəşfiyyat şəbəkəsinin bir hissəsi olmaqda ittiham edib.

Terror aktı yanvarın 20-də günorta saatlarında Rusiya səfirliyinin binası qarşısında törədilib. Terrorçular TOLO TV əməkdaşlarını evlərinə aparan mikroavtobusu hədəfə alıblar. Terror aktı nəticəsində 7 nəfər ölüb və 25 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi