"Taliban" Əfqanıstan-Tacikistan sərhədindəki rayonu ələ keçirib

"Taliban" Əfqanıstan-Tacikistan sərhədindəki rayonu ələ keçirib Ordu rayonun azad edilməsi istiqamətində əməliyyata başlayacaq
Digər ölkələr
20 Avqust , 2016 12:55
Taliban Əfqanıstan-Tacikistan sərhədindəki rayonu ələ keçirib

Bakı. 20 avqust. REPORT.AZ/ "Taliban" hərəkatının silahlıları avqustun 20-də Əfqanıstanın şimal-şərqində yerləşən Kunduz əyalətinin Xanabad rayonunu ələ keçiriblər.

"Report" "Khaama" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsi Məhəmmədullah Baxedc məlumat verib.

Onun sözlərinə görə, ordu rayonun azad edilməsi istiqamətində əməliyyata başlayacaq.

Məlumata əsasən, "Taliban" rayonu silah və hərbi texnika ilə ələ keçirdiklərini bildirib. Ümumiyyətlə, Əfqanıstanın 34 vilayətindən 15-də hökumət qüvvələri "Taliban" silahlıları ilə döyüşür.

Qeyd edək ki, Kunduz vilayəti Tacikistanla sərhəddə yerləşir. Bu vilayətə Əliabad, Dəşti-Arçi, İmam-Sahib, Xanabad, Kunduz (vilayət mərkəzi), Qalay-Zal, Çahardara rayonları daxildir. 

Son xəbərlər

Orphus sistemi