​Tailandda helikopter qəzasında general və 4 hərbçi ölüb

​Tailandda helikopter qəzasında general və 4 hərbçi ölüb Qəzanın baş verməsinə əlverişsiz hava şəraitinin səbəb olduğu ehtimal edilir
Digər ölkələr
15 Avqust , 2016 14:19
​Tailandda helikopter qəzasında general və 4 hərbçi ölüb

Bakı. 15 avqust. REPORT.AZ/ Tailandın şimalında hərbi helikopterin qəzaya uğraması nəticəsində göyərtədəki 5 hərbçi ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölənlərdən biri Tailand Hava Qüvvələri diviziyasının komandanlarından biri general-mayor Nopporn Ruançandır.

Ölkə Silahlı Qüvvələrinin rəsmi təmsilçisi deyib ki, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti səbəb ola bilər. 

Son xəbərlər

Orphus sistemi