​Tailandda təyyarə qəzası nəticəsində 3 nəfər ölüb

​Tailandda təyyarə qəzası nəticəsində 3 nəfər ölüb Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb
Digər ölkələr
2 İyun , 2016 07:32
​Tailandda təyyarə qəzası nəticəsində 3 nəfər ölüb

Bakı. 2 iyun. REPORT.AZ/ Tailandın şimal-şərqində yerlşən Nakxonpxan əyalətində birmühərrikli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində üç pilot həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı "Thai PBS" telekanalı məlumat yayıb.

Məlumata görə, "Diamond DA40" təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra uçuş-eniş zolağından 200 metr aralıda yerə düşüb. Təlim təyyarəsinin göyərtəsində iki təcrübəli və bir təcrübə keçən pilot olub.

Təyyarə heyəti Banqkoka təlim reysi yerinə yetirməli idi.

Qəzanın səbəbləri hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi