Tailand 17 uyğuru Türkiyəyə verməkdən imtina edib

Tailand 17 uyğuru Türkiyəyə verməkdən imtina edib Pekin iddia edir ki, onlar Çinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir
Digər ölkələr
27 Mart , 2015 16:48
Tailand 17 uyğuru Türkiyəyə verməkdən imtina edib

Bakı. 27 mart. REPORT.AZ/ Tailand məhkəməsi Türkiyə pasportu olan 17 uyğurun nəzarət altında saxlanılması haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə BBC teleradiosu məlumat yayıb.

Onlar 2014-cü ildə Tailandın cənubunda həbs ediliblər. 17 uyğurun Türkiyə pasportu olsa da, rəsmi Pekin iddia edir ki, onlar Çinin Sintezyan-Uyğur Muxtar Bölgəsindən (Şərqi Türküstan) Tailanda keçiblər və Çinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Məlumatda vurğulanıb ki, Tailand Çinlə münasibətləri yaxşılaşdırmaq istəyir, bu səbəbdən də həmin uyğurların Türkiyəyə deyil, Çinə ekstradisiyası ehtimalı böyükdür.

Son xəbərlər

Orphus sistemi