Tacikistanda Gülən hərəkatına aid məktəblərlə müqavilə müddəti uzadılmayacaq

Tacikistanda Gülən hərəkatına aid məktəblərlə müqavilə müddəti uzadılmayacaq Bu ölkədə 10 tacik-türk liseyi fəaliyyət göstərir
Digər ölkələr
7 Yanvar , 2015 11:22
Tacikistanda Gülən hərəkatına aid məktəblərlə müqavilə müddəti uzadılmayacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Tacikistanda Fətullah Gülən hərəkatına aid məktəblərin lisenziya müddəti uzadılmayacaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli radioya açıqlamasında Tacikistan Təhsil Nazirliyinin məsulu Rəhimcan Səidov bildirib.

O, hərəkata bağlı məktəblərin müqavilə müddətinin uzadılmayacağını qeyd edib: "Ölkədəki bu məktəblərin missiyası bəlli deyil. Əgər nazirliyimiz həmin məktəblərin humanitar hədəflərinin olmadığı haqda qərar verərsə, o zaman bu tədris müəssisələrinin fəaliyyətinə lisenziya verilməyəcək. Məktəblərin məqsədi bir daha nəzərdən keçiriləcək".

Xatırladaq ki, Tacikistanda Gülən hərəkatına bağlı ilk məktəb 1992-ci ildə açılıb. "Şəlalə" Təhsil Qurumu və Tacik-Türk liseyi adı daşıyan belə məktəblərin 6-sı paytaxt Düşənbədə, 4-ü isə ölkənin başqa şəhərlərində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi