​Tacikistanda zəlzələ olub

​Tacikistanda zəlzələ olub Yeraltı təkanlar Bakı vaxtı ilə 10:03-də Xoroq şəhərindən 90 km şərqdə qeydə alınıb
Digər ölkələr
28 Aprel , 2015 11:28
​Tacikistanda zəlzələ olub

Bakı. 28 aprel. REPORT.AZ/ Tacikistanın cənub-şərqində 5,1 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniyanın Yer Araşdırma Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 10:03-də Xoroq şəhərindən 90 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 153 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

İngilis versiyası Earthquake hits Tajikistan

Son xəbərlər

Orphus sistemi