​Tacikistan İŞİD-ə qarşı İslam koalisiyasına qoşulmaq məsələsini nəzərdən keçirmir

​Tacikistan İŞİD-ə qarşı İslam koalisiyasına qoşulmaq məsələsini nəzərdən keçirmir "Biz ümumiyyətlə bu məsələni nəzərdən keçirmirik"
Digər ölkələr
22 Dekabr , 2015 01:52
​Tacikistan İŞİD-ə qarşı İslam koalisiyasına qoşulmaq məsələsini nəzərdən keçirmir

Bakı. 22 dekabr. REPORT.AZ/ Tacikistan Səudiyyə Ərəbistanının təşəbbüsü ilə "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı yaradılan koalisiyaya qoşulma məsələsini rəsmi səviyyədə nəzərdən keçirmir.

"Report" xəbər verir ki, bu barədə TASS-a Tacikistan daxili işlər nazirinin müavini Pərviz Davlatzoda məlumat verib.

"Biz ümumiyyətlə bu məsələni nəzərdən keçirmirik", - deyə o bildirib.

Bundan əvvəl "Əş-Şark əl-Ausat" qəzeti Azərbaycan və Tacikistanın Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi İslam koalisiyasına qoşulmaq məsələsini nəzərdən keçirdiklərini yazıb.

İslam koalisiyasına 34 dövlət daxil olub. Koalisiyanın birləşmiş komanda məntəqəsi Ər-Riyadda yerləşəcək.

Son xəbərlər

Orphus sistemi