Bakı. 31 İyul. REPORT.AZ/ Tacikistan hökuməti "İslam Dövləti" (İD) terror qruplaşmasına qoşulmaqda şübhəli bilinən 18 vətəndaşını axtarışa verib. Bu barədə "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir.
"Biz Tacikistan vətəndaşlarının "İŞİD"ə qoşulmaları və Suriya ərazisində olmaları ilə bağlı dəqiq məlumatlar olan şəxslərin axtarışa verilməsi proseduruna başlamışıq", - respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.