"Svoboda" radiosu Putin barədə tənqidi müsahibəni saytından yığışdırıb

"Svoboda" radiosu Putin barədə tənqidi müsahibəni saytından yığışdırıb Həmin müsahibədə sahibkar Maksim Freydzon Vladimir Putinlə görüşdüyünü yada salmışdı
Digər ölkələr
24 May , 2015 15:42
Svoboda radiosu Putin barədə tənqidi müsahibəni saytından yığışdırıb

Bakı. 24 May. REPORT.AZ/ Azadlıq radiosunun Rusya xidməti - "Radio Svoboda" – öz internet saytından rusiyalı sahibkar Maksim Freydzonun Vladimir Putin barədə müsahibəsini yığışdırıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, həmin müsahibədə Maksim Freydzon 1990-cı illərdə Peterbuqda biznes qurulması qaydalarından danışaraq həmin illərdə Vladimir Putinlə görüşdüyünü yada salmışdı.

Biznesmen xatirələrində Vladimir Putin barədə tənqidi fikirlər söyləmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Maksim Freydzonun iddialarını böhtan, yalan və qeyri-ciddi olduğunu bildirmişdi.

"Svoboda" radiosu müsahibənin mətninin təhlükəsizliyindən narahat olan biznesmenin xahişilə saytdan yığışdırıldığını bildirərək oxucularından buna görə üzr istəyib.

Son xəbərlər

Orphus sistemi