Bakı. 20 sentyabr. REPORT.AZ/ Suriyaya humanitar yardım göndərilməsi dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə BMT-dən bildiriblər.
Qərar Hələb şəhəri yaxınlığında üsyançıların nəzarəti altında olan ərazilərə göndərilən humanitar yardım karvanının aviazərbələrə məruz qalmasından sonra qəbul edilib.
BMT nümayəndəsinin sözlərinə görə, artıq bununla bağlı Rusiya və ABŞ məlumatlandırılıb.
Təsdiqlənməmiş məlumatlara görə, avtomobil karvanına hava hücumu zamanı 12 nəfər, o cümlədən Beynəlxalq Qırmızı Xaç Təşkilatının suriyalı nümayəndəsi həlak olub. Eyni zamanda Hələbə gedən 31 yük maşınından 18-nə ziyan dəyib.