Bakı. 12 fevral. REPORT.AZ/ Münhen şəhərində Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclası başa çatıb.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, görüşdə ABŞ dövlət katibi Con Kerri, Rusyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura da iştirak ediblər.
Dörd saat davam edən müzakirələrin yekununda birgə bəyannamənin açıqlanması gözlənilir.
Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qattilov bildirib ki, tədbir iştirakçıları müəyyən qərarlar qəbul ediblər, lakin təfərrüatları açıqlamaqdan imtina edib.