Suriyanın terrorçuların işğalı altında olan şəhərlərində aclıqdan 17 uşaq ölüb

Suriyanın terrorçuların işğalı altında olan şəhərlərində aclıqdan 17 uşaq ölüb Mülki vətəndaşlar hətta adi xəstəliklərdən, dərman çatışmazlığından ölürlər
Digər ölkələr
4 Sentyabr , 2016 21:56
Suriyanın terrorçuların işğalı altında olan şəhərlərində aclıqdan 17 uşaq ölüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Suriyanın İdlib vilayətinin Fua və Kefrayə şəhərlərinin sakinləri qidadan tam məhrum olublar. Aclıqdan 17 uşaq ölüb".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə həmin şəhərlərin yeni xalq şurasının nümayəndəsi xəbər verib.

"Son aylar yemək və su çatışmazlığı hiss olunur. Dərman ümumiyyətlə yoxdur" – deyə hökumət üzvü agentliyə bildirib. 

Məlumatlara görə, həmin şəhərlər hər gün bombardmanlara məruz qalırlar. Sutka ərzində yaşayış məntəqələrinə 1000-dən çox raket və minaatan mərmisi düşür.

İdlib vilayətinin bu şəhərləri 3 ildən çoxdur tam blokadadırlar. Sakinlərə yardımlar yalnız hava yolu ilə çatdırılır.

Mülki vətəndaşlar hətta adi xəstəliklərdən, dərman çatışmazlığından ölürlər. Sakinlər aclıq çəkir. 

Son xəbərlər

Orphus sistemi