Suriyada İŞİD-lə toqquşma zamanı 2 türk hərbçisi şəhid olub

Suriyada İŞİD-lə toqquşma zamanı 2 türk hərbçisi şəhid olub Terrorçular "Fərat qalxanı" əməliyyatına qatılan Türkiyəyə məxsus 2 tanka hücum ediblər
Digər ölkələr
6 Sentyabr , 2016 20:56
Suriyada İŞİD-lə toqquşma zamanı 2 türk hərbçisi şəhid olub

Bakı. 6 sentyabr. REPORT.AZ/ Suriyanın şimalında İŞİD silahlı terror qruplaşması ilə toqquşmada Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri şəhid olub, 5 hərbçi yaralanıb. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, İŞİD terrorçuları Suriyanın Cərablus şəhəri yaxınlığında "Fərat qalxanı" əməliyyatına qatılan Türkiyəyə məxsus 2 tanka hücum ediblər.

Son xəbərlər

Orphus sistemi