Suriyanın şimalında İŞİD-in 10 yaraqlısı məhv edilib

Suriyanın şimalında İŞİD-in 10 yaraqlısı məhv edilib Türkiyə ordusu Suriyanın şimalındakı İŞİD mövqelərinə artilleriya zərbələri endirib
Digər ölkələr
15 İyun , 2016 13:17
Suriyanın şimalında İŞİD-in 10 yaraqlısı məhv edilib

Bakı. 15 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri "İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının Suriyanın şimalındakı 17 mövqeyinə artilleriya zərbələri endiriblər.  

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İŞİD terrorçuları Suriyanın şimalından Türkiyə ərazisinə hücum etməyi planlaşdırırmış.

Əməliyyata ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri də havadan dəstək veriblər.  

Nəticədə 10 terrorçu məhv edilib. 

Son xəbərlər

Orphus sistemi