Suriyanın şimalında 20 dinc sakin öldürülüb

Suriyanın şimalında 20 dinc sakin öldürülüb Onların aralarında qadın və uşaqlar da var
Digər ölkələr
28 Noyabr , 2015 09:50
Suriyanın şimalında 20 dinc sakin öldürülüb

Bakı. 28 noyabr. REPORT.AZ/ Suriyanın şimalında aralarında qadın və uşaqlar da olmaqla, 20 dinc sakin öldürülüb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Afrin və Ayn əl-Arabda "PYD" (PKK-nın Suriyadakı qolu) terrorçuları ilə birgə hərəkət edən "Ceyş əs-Suvvar" (İnqilab Ordusu) Hələb şəhərinin şimalında, Mare rayonu yaxınlığındakı müxaliflərin nəzarəti altındakı Tənəb kəndinə hücum edib.

Ancaq bununla belə, Tənəb kəndinə nəzarət "Ceyş əs-Suvvar"dan yenidən geri alınıb.

Son xəbərlər

Orphus sistemi