Suriyanın Mənbic şəhəri İŞİD silahlılarından azad olunub

Suriyanın Mənbic şəhəri İŞİD silahlılarından azad olunub İŞİD şəhəri 2 ildən çox nəzarətində saxlayıb
Digər ölkələr
6 Avqust , 2016 15:57
Suriyanın Mənbic şəhəri İŞİD silahlılarından azad olunub

Bakı. 6 avqust. REPORT.AZ/ Türkiyə ilə sərhədin yaxınlığında yerləşən, Suriyanın şimal-şərqindəki strateji mühüm Mənbic şəhəri "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının silahlılarından təmizlənib. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verib.

Mənbic uğrunda döyüşlər iki aya yaxın davam edib. İŞİD şəhəri 2 ildən çox nəzarətində saxlayıb.

Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Mərkəzinin məlumatına görə, bəzi İŞİD silahlıları hələ də şəhərin mərkəzindədir. 

İŞİD üçün Mənbic şəhəri Rakka və onların nəzarəti altında olan Hələb əyalətindəki digər rayonlar arasında əlaqə idi.

Son xəbərlər

Orphus sistemi