​Suriyanın Hələb şəhərinin 40 nəfərdən çox mülki sakini terrorçular tərəfindən öldürülüb

​Suriyanın Hələb şəhərinin 40 nəfərdən çox mülki sakini terrorçular tərəfindən öldürülüb Aramsız atəşlər nəticəsində yüzlərlə mülki sakin yaralanıb
Digər ölkələr
5 İyun , 2016 12:53
​Suriyanın Hələb şəhərinin 40 nəfərdən çox mülki sakini terrorçular tərəfindən öldürülüb

Bakı. 5 iyun. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin ayrı-ayrı məhəllələrinin son bir neçə saat ərzində terrorçular tərəfindən atəşə tutulması nəticəsində 40 nəfərdən çox mülki şəxs həlak olub. 

"Report"un məlumatına görə, bu barədə "Əl Məyadin" telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, yaşayış məskənlərinin aramsız atəşə tutulması nəticəsində yüzlərlə mülki sakin yaralanıb.

Terrorçular şəhərin yaşayış məhəllələrinə ən azı 50 zərbə endirib. 

Ən güclü atışmalar şəhərin Əl-Həmdaniyə, Seyf əd-Daul, Ər-Ramus və Əs Süleymaniyə rayonlarında müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi