​Suriyanın Hələb şəhəri raket atəşinə tutulub: ölənlər var

​Suriyanın Hələb şəhəri raket atəşinə tutulub: ölənlər var Ən azı 8 nəfər həyatını itirib
Digər ölkələr
11 Aprel , 2015 18:45
​Suriyanın Hələb şəhəri raket atəşinə tutulub: ölənlər var

Bakı. 11 aprel. REPORT.AZ/ Suriyanın müxalif qüvvələri Hələb şəhərinin yaşayış məhəllələrini raket atəşinə tutublar.

“Report” xəbər verir ki, atəş nəticəsində ən azı 8 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Atəşə, əsasən hökumət qoşunlarının nəzarəti altında olan Süleymaniyyə məhəlləsi məruz qalıb. Şəhərdə ciddi dağıntıların olduğu, onlarla insanın dağıntılar altında qaldığı xəbər verilir.

Son xəbərlər

Orphus sistemi