Suriyanın Hələb əyalətinin bombalanması nəticəsində 86 nəfər ölüb, 200 nəfər yaralanıb

Suriyanın Hələb əyalətinin bombalanması nəticəsində 86 nəfər ölüb, 200 nəfər yaralanıb Bəşşar Əsədin əməliyyatlarını Rusiya da dəstəkləyir
Digər ölkələr
24 Sentyabr , 2016 11:35
Suriyanın Hələb əyalətinin bombalanması nəticəsində 86 nəfər ölüb, 200 nəfər yaralanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Suriyanın şimalında yerləşən Hələb əyalətinin bombalanması nəticəsində 86 dinc sakin ölüb, 200-ü isə yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, şəhərdə mülki müdafiə işləri ilə məşğul olan dəstənin məsullarından biri Necip Ensai Rusiya və Bəşər Əsədə bağlı Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Suriyanın şimalında bəzi yaşayış yerlərinə davamlı olaraq hava zərbələri endirdiyini bildirib.

Onun sözlərinə görə, əyalətin terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Bab rayonunda 12, müxalifətin nəzarəti altında olan Beştakında 19, Ensaridə 8, Kellesedə 14, Katırcıda 7, Bab əl-Neyrabda 6, Salihiyində 5, Maadidə 3, Tarik el-Babda 2, Sahurda 2, Merce, Karım, Hamud, Seyh Hadırda 1, Kafr Hamrada 5 nəfər öldürülüb.

Suriyanın SANA agentliyi isə bildirib ki, Bəşər Əsədə bağlı silahlılar Hələbin şərq hissəsində quru əməliyyatı keçirməyə hazırlaşırlar.

Məlumata görə, Bəşər Əsədin əməliyyatlarını Rusiya da dəstəkləyir. 

Son xəbərlər

Orphus sistemi