Suriyanın Dabık qəsəbəsi İŞİD-dən təmizlənib

Suriyanın Dabık qəsəbəsi İŞİD-dən təmizlənib Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Dabık qəsəbəsini terrorçu İŞİD silahlılarından geri alı...
Digər ölkələr
16 Oktyabr , 2016 13:08
Suriyanın Dabık qəsəbəsi İŞİD-dən təmizlənib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Dabık qəsəbəsini terrorçu İŞİD silahlılarından geri alıb.

"Report" Haberturk-ə istinadən xəbər verir ki, Hələb əyatləinin Soran bələdiyyəsi də İŞİD terrorçularından təmizlənib. 

Qeyd edək ki, əməliyyat oktyabrın 15-də başlayıb. İŞİD-in müqəddəs olaraq qəbul etdiyi bu yaşayış məntəqəsində terrorçu qruplaşmanın 1200 silahlısı olduğu bildirilib.

Xatırladaq  ki, Dabık Suriyanın şimal-qərbində Hələb əyalətinin Azez rayonunun qəsəbəsidir. Qəsəbəni Mercidabık da adlandırırlar. 5 min nəfərlik əhalisinin çoxu türkməndir. İŞİD 2014-cü ilin avqustunda  Süleyman bin-Əbdülməlik türbəsini məhv etdikdən sonra qəsəbəni ələ keçirib. 

Son xəbərlər

Orphus sistemi