Suriyadan qayıtmış hollandiyalı yeniyetmənin işinə məhkəmə baxacaq

Suriyadan qayıtmış hollandiyalı yeniyetmənin işinə məhkəmə baxacaq Yeniyetmə qız Raqqa şəhərinə İD döyüşçüsü ilə evlənmək üçün yollanıb
Digər ölkələr
22 Noyabr , 2014 00:15
Suriyadan qayıtmış hollandiyalı yeniyetmənin işinə məhkəmə baxacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ Suriyadan qayıtmış hollandiyalı yeniyetmənin işinə məhkəmə baxacaq. Məhkəmə 19 yaşlı Aişəni dövlət təhlükəsizliyinə risk yaratmaqda şübhəli sayır.

Bu yaxınlarda müsəlmanlığı qəbul etmiş Aişəni Suriyadan Maastricht şəhərindəki doğma evinə anası Monique çərşənbə günü gətirib.

Güman edildiyinə görə, hollandiyalı yeniyetmə qız İslam Dövlətinin Suriyanın (İD) nəzarətində olan Raqqa şəhərinə İD döyüşçüsü ilə evlənmək üçün yollanıbmış.

Son aylar ərzində bir neçə avropalı qadın və yeniyetmə qız evlərini tərk edərək Suriya və İraqa yollanıblar, Aişə onlardan biridir. Gedənlərdən bəzilərinin bunu ideoloji motivlərə görə etdiyi güman olunur, qalanlarının orada, o cümlədən, İD ilə vuruşan döyüşçülərlə evləndiyi xəbər verilir.

"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, məhkəmə dinləmələrinin 3 aydan sonra başlayacağı güman edilir. 

Bu arada Aişəyə mətbuat və anası istisna olunmaqla, ailə üzvlərilə danışmaq qadağan olunub. 

Hollandiya mətbuatının yazdığına görə, ölkəni fevral ayında tərk edən Aişənin məqsədi vaxtı ilə Hollandiya ordusunda qulluq etmiş türk əsilli hollandiyalı döyüşçü Ömər Yılmaza ərə getmək olubmuş.

Hollandiya höküməti Aiəşinin anasını Türkiyə-Suriya sərhədinə yollanmaqdan çəkindirməyə çalışsa da, Monique həmin əraziyə gedərək qızını geri gətirə bilib. Aişənin anasının Suriyaya daxil olub-olmadığı və qızı ilə Türkiyə ərazisində görüşdüyünə dair müxtəlif xəbərlər mövcuddur.

Son xəbərlər

Orphus sistemi