Bakı. 16 fevral. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD" Türkiyənin sərhədyanı Kilis bölgəsini atəşə tutub.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri terrorçulara "Fırtına" adlı qaubitsalardan cavab atəşi açıb.
Qeyd edək ki, Rusiya təyyarələrinin bombalaması, Bəşşar Əsəd rejimi və "PYD" qruplaşmasının birlikdə basqını nəticəsinə Suriyanın Əziz şəhərin yaxınlığındakı Minnig hava limanı və ətrafı "PYD"nin əlinə keçib. terroçular 3 gündür Suriyadan Türkiyə ərazisini müxtəlif silahlarla atəşə tutur.
Xatırladaq ki, ABŞ və Rusiya "PYD"nin terrorçu qruplaşama olaraq,qəbul etməməklə yanaşı onları silahla təchiz edir.