Suriyada yeniyetmə oğlan özünü partladıb - FOTO - VİDEO

Suriyada yeniyetmə oğlan özünü partladıb - FOTO - VİDEO Gənc oğlan partlayıcı maddə ilə dolu maşını Suriya kəndlərindən birinə sürüb
Digər ölkələr
23 Sentyabr , 2015 18:44
Suriyada yeniyetmə oğlan özünü partladıb - FOTO - VİDEO

Baku. 23 sentyabr. REPORT.AZ/ Suriyada Cəfər Təyyar adlı cihadçı gənc özünə qəribə sui-qəsd planı hazırlayıb. 

"Report" xəbər verir ki, o, partlayıcı maddə ilə dolu olan maşını Suriyanın kəndlərindən birinə sürüb və onu əvvəlcədən hazırlanmış hücum planı işə düşməmişdən az əvvəl - müəyyən olunmuş saatda partlatmağı əmr edib.

Kamikadzenin özbək milliyyətindən olduğu bildirilir. Şahidlərin bildirdiyinə görə, gəncin məqsədi özünü cihad uğrunda, özbək mücahidləri sayılan İmam Buxari tərəfdaşlarının gözü qarşısında şəhid etmək olub. Partlayış anı videoya köçürülüb.

Videogörüntülərdən birində digər bir döyüşçünün Cəfər Təyyara dediyi sözlər də qeydə alınıb: "Cəfər, qardaşım, qorxma! Qorxanda Allahı xatırla!" 

Son xəbərlər

Orphus sistemi