Bakı. 24 oktyabr. REPORT.AZ/ Suriya Prezidenti Bəşər Əsədə aid döyüş təyyarəsinin ölkənin İdlib bölgəsinin Kefr Teharim bələdiyyəsindəki yaşayış binasını bombalaması nəticəsində 5 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də olub.
Məlumata görə, təyyarənin bombaladığı binanın dağıntıları altından 21 nəfər dinc sakin sağ qurtarılıb.