​Suriyada törədilən terror aktı nəticəsində 7 nəfər ölüb, 45 insan yaralanıb

​Suriyada törədilən terror aktı nəticəsində 7 nəfər ölüb, 45 insan yaralanıb "Hamam" meydanında minalanmış avtomobil partladılıb
Digər ölkələr
2 Sentyabr , 2015 16:54
​Suriyada törədilən terror aktı nəticəsində 7 nəfər ölüb, 45 insan yaralanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Cebhat ən-Nusra" radikal qruplaşmasının yaraqlıları Suriyanın ən böyük dəniz limanı olan Lazkiyə şəhərində terror hücumu həyata keçirib. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, "Hamam" meydanında minalanmış avtomobil partladılıb.

Terror aktı nəticəsində 7 nəfər ölüb, 45-i yaralanıb.

Çərşənbə axşamı təhlükəsizlik qüvvələri bu şəhərdə minalanmış avtomobilləri aşkar edərək iki terror aktının qarşısını alıb.  

Son xəbərlər

Orphus sistemi