​Suriyada terrorçular İdlib şəhərinə hücuma keçiblər

​Suriyada terrorçular İdlib şəhərinə hücuma keçiblər Terrorçu alyansı hələ ki, şəhərə gəlib çatmayıb
Digər ölkələr
25 Mart , 2015 05:24
​Suriyada terrorçular İdlib şəhərinə hücuma keçiblər

Bakı. 25 mart. REPORT.AZ/ Çərşənbə axşamı Suriyanın terrorçu-döyüşçüləri İdlib şəhərinə hücuma başladıqlarını elan ediblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hazırda 100 min insanın yaşadığı şəhər Suriya Ordusunun nəzarəti altındadır.

İdlibə hücumda "Əhrar əş-Şam" və "Cəbahət ən-Nüsra" terror qruplaşmalarının döyüşçüləri iştirak edirlər.

Hüquq-müdafiəçilərinin məlumatına görə, terrorçu alyansı hücuma başlasa da, hələ ki, şəhərə gəlib çatmayıb.

Son xəbərlər

Orphus sistemi