​Suriyada son 72 saatda 33 terrorçu zərərsizləşdirilib

​Suriyada son 72 saatda 33 terrorçu zərərsizləşdirilib Terrorçu İŞİD qruplaşmasının baş qərargahının Rakka şəhərində yerləşdiyi bildirilir
Digər ölkələr
18 Noyabr , 2015 13:37
​Suriyada son 72 saatda 33 terrorçu zərərsizləşdirilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Son 72 saatda Fransa və Rusiya tərəfindən terrorçu İŞİD-ə qarşı keçirilən hava əməliyyatları nəticəsində 33 terrorçu zərərsizləşdirilib.

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının direktoru Rami Abdülrəham bildirib.

Məlumata görə, noyabrın 15-17-də Suriyanın Rakka şəhəri Fransa və Rusiya qırıcıları tərəfindən bombalanıb.

Terrorçu İŞİD qruplaşmasının baş qərargahının Rakka şəhərində yerləşdiyi bildirilir.

Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər isə yaralanıb. Yaralılardan 80 nəfərinin vəziyyəti ağırdır.

Terrorun məsuliyyətini İŞİD terrorçu qruplaşması üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi