​Suriyada qaçqın düşərgəsi bombalanıb, 17 nəfər ölüb, 40 nəfər yaralanıb

​Suriyada qaçqın düşərgəsi bombalanıb, 17 nəfər ölüb, 40 nəfər yaralanıb Rusiya qırıcılarının bombardman etdiyi ehtimal edilir
Digər ölkələr
13 İyul , 2016 02:24
​Suriyada qaçqın düşərgəsi bombalanıb, 17 nəfər ölüb, 40 nəfər yaralanıb

Bakı. 13 iyul. REPORT.AZ/Suriyanın İordaniya ilə sərhədində yerləşən Rüveyşide bölgəsindəki qaçqın düşərgəsinin havadan bombalanması nəticəsində 17 nəfər həyatını itirib, 40-ı isə yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qaçqın düşərgəsini Bəşşar Əsədə bağlı təyyarələrin, yaxud Rusiya qırıcılarının bombardman etdiyi ehtimal edilir.

İnformasiyaya görə, Hələbin şimalında yerləşən Kafr Hamra rayonunu Bəşşar Əsəd silahlılarına aid helikopterin bombalanması nəticəsində ölənlər və yaralananlar olub. 

Son xəbərlər

Orphus sistemi