Bakı. 8 mart. REPORT.AZ/ Suriyanın şimal-qərbində havadan endirilən zərbələr nəticəsində "Əl-Qaidə" terror təşkilatının bölməsi olan "Cebahat ən-Nüsra" silahlı qruplaşmasının doqquz üzvü öldürülüb.
"Report" xəbər verir ki, bu barədə Suriyada İnsan Haqları üzrə Müşahidə Şurasına istinadən "Reuters" məlumat yayıb.
Hüqüq müdafiəçilərinin məlumatına görə, öldürülənlərdən dördü əcnəbi döyüşçü olub.
Terrorçuların mövqelərinə üç raket atıldığı bildirilir.