Suriyada növbəti hava hücumu: 7 ölü, 19 yaralı

Suriyada növbəti hava hücumu: 7 ölü, 19 yaralı Yaralılar arasında uşaqların da olduğu qeyd edilir
Digər ölkələr
24 Yanvar , 2015 17:41
Suriyada növbəti hava hücumu: 7 ölü, 19 yaralı

Bakı. 24 yanvar. REPORT.AZ/ Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi təyyarələrin paytaxt Dəməşqin şərq bölgəsinə təşkil etdiyi hava hücumunda 7 adamın öldüyü, 19 nəfərin də yaralandığı bildirilir. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Orduya məxsus təyyarələrin paytaxtın şərq bölgəsindəki yaşayış yerini bombalaması nəticəsində insan tələfatı olub. Hücumda yaralananların səhra xəstəxanasına aparıldığı və yaralılar arasında uşaqların da olduğu deyilir. Bəzi yaralıların vəziyyəti isə ağırdır.

Həmçinin hücumlar nəticəsində bəzi evlərin dağıldığı və xeyli sayda evin zərər gördüyü qeyd olunub.

Son xəbərlər

Orphus sistemi