​Suriyada məktəbin bombalanması nəticəsində 10 şagird ölüb

​Suriyada məktəbin bombalanması nəticəsində 10 şagird ölüb Hələbin İsa kəndinə "vakkum" bombasının atılması nəticəsində də ölənlər və yaralananlar var
Digər ölkələr
13 May , 2015 19:37
​Suriyada məktəbin bombalanması nəticəsində 10 şagird ölüb

Bakı. 13 may. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinin Hələbdəki məktəbin binasına "çəllək bombalar"ı atması nəticəsində 10-u şagird olmaqla 12 nəfər ölüb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Ali İnqilabı Şurası məlumat yayıb.

Məlumata görə, hadisə müxalifətin nəzarəti altında olan Hələbin Xansa kəndində baş verib. Bombalanma nəticəsində onlarla dinc sakin yaralanıb.

Xəbərdə bildirilib ki, Hələbin İsa kəndinə "vakkum" bombasının atılması nəticəsində də ölənlər və yaralananlar var. Bu kəndin bombalanması ilə bağlı başqa məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi