​Suriyada İspan jurnalistləri itkin düşüb

​Suriyada İspan jurnalistləri itkin düşüb İspaniyanın media Federasiyası bir həftədən çoxdur ki, jurnalistlərlə əlaqənin kəsildiyini bildirib
Digər ölkələr
22 İyul , 2015 10:32
​Suriyada İspan jurnalistləri itkin düşüb

Bakı. 22 iyul. REPORT.AZ/ Suriya ərazisində fəaliyyət göstərən üç ispan jurnalisti itkin düşüb. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

İspaniyanın media Federasiyası bir həftədən çoxdur ki, jurnalistlərlə əlaqənin kəsildiyini bildirib.

Sonuncu dəfə onlar Suriyanın şimalındakı Hələb şəhəri yaxınlığından reportaj hazırlamışdılar.

İspaniya hökuməti jurnalistlərin oğurlandığını güman edərək, ondan narahatdır. 

Son xəbərlər

Orphus sistemi