​Suriyada İŞİD terror təşkilatının 31 yaraqlısı öldürülüb

​Suriyada İŞİD terror təşkilatının 31 yaraqlısı öldürülüb Terror təşkilatının anbarları və reaktiv qurğuları da məhv edilib
Digər ölkələr
13 İyun , 2016 07:09
​Suriyada İŞİD terror təşkilatının 31 yaraqlısı öldürülüb

Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin "Fırtına" özüyeriyən artilleriya qurğularının tətbiqi ilə keçirdiyi əməliyyatlar zamanı, həmçinin beynəlxalq koalisiya qüvvələrinin hava zərbələri nəticəsində İŞİD terror təşkilatının Suriyanın şimalında 31 yaraqlısı öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bundan başqa, terror təşkilatının anbarları və reaktiv qurğuları da məhv edilib.

Eyni zamanda, beynəlxalq koalisiyaya məxsus aviasiya Cakkada və Dudyanın 4 rayonunda terrorçuların mövqelərinə 5 zərbə endirib.

Həmçinin raket qurğuları ilə terrorçuların 6 müdafiə mövqeyi, 5 nəqliyyat vasitəsi, 3 minaatanı məhv edilib.

Son xəbərlər

Orphus sistemi