Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb

Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb İranın ABNA agentliyi Möhsün Mandeninin suriyalı müxaliflərlə qarşıdurmada öldürüldüyünü yazıb
Digər ölkələr
23 Mart , 2016 17:09
Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb

Bakı. 23 mart. REPORT.AZ/ İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandirlərindən podpolkovnik Möhsün Mandeni Suriyada öldürülüb.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, İranın ABNA agentliyi hərbçinin suriyalı müxaliflərlə qarşıdurmada öldürüldüyünü yazıb.

M.Mandeni martın 24-də Fars əyalətinə bağlı Sepi rayonunda torpağa veriləcək.

Qeyd edək ki, Suriyada son bir ayda general-mayor Həsən Əli Şəmsabadi və polkovnik Həmzə Kazıminin də aralarında olduğu "Sepah"a məxsus 15 hərbçi öldürülüb.

Son xəbərlər

Orphus sistemi